AZ

Təhsil naziri səkkizi dördə vura bilmədi

Estoniyanın təhsil naziri Kristina Kallas səkkiz dəfə dördün neçə etdiyi sualına cavab verə bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə EADaily məlumat yayıb.

Estoniyanın təhsil və araşdırma naziri Kristina Kallas ilə müsahibə zamanı aparıcı səkkiz dəfə dördün neçə etdiyini soruşub.

Nazir əvvəlcə “təhsil təkcə riyazi düsturlardan ibarət deyil”, - deyərək cavabdan yayınmağa çalışıb.

Sual təkrarlananda isə o, cavabı bilmədiyini birbaşa etiraf edib.
Seçilən
12
sherg.az

1Mənbələr