Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənib.
Bu barədə Publika.az yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Samsun şəhərində qeydə alınıb. İncirli Məhəlləsində ziyafət zamanı qonaqlardan 52-də ürəkbulanma və qusma qeydə alınıb.
Zərərçəkənlər Alaçam Dövlət Xəstəxanasına müraciət edib. Xəstəxanada aparılan müayinə və müalicələrdən sonra zərərçəkənlər evə buraxılıb.