AZ

Pirşağıda taxıl sahəsində yanğın söndürülüb - Yenilənib

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Bu barədə FHN-dən bildirilib.

 

18:07

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində yanğın olması barədə ilkin məlumat daxil olub.Bu barədə FHN-dən bildirilib.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
6
50
anews.az

10Mənbələr