AZ

Karateçilərimiz Xorvatiyada bürünc medallar qazanıblar - FOTO

Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate1 Youth League və Parakarate Cup" turnirlərində Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər.

İdman.biz xəbər verir ki, Gülay Orucova 16-17 yaş qrupunda -59 kq çəki dərəcəsində, parakarate yığma komandasının üzvü Aslan Ərcan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.

Qeyd edək ki, hər iki karateçimizin şəxsi məşqçisi Sənan Cəfərovdur.

İdman.biz

Seçilən
12
22
idman.biz

7Mənbələr