AZ

Uşaqlar dava etdi, yaşlı qadın bıçaq xəsarəti aldı

GƏNCƏ, 29 iyun. TELEQRAF

Gəncə şəhərində uşaqlar arasında düşən dava zamanı yaşlı qadın bıçaq xəsarəti alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1950-ci il təvəllüdlü Telli Razayeva qol nahiyyəsindən bıçaq xəsarəti alıb.

İlkin məlumata görə, 69 yaşlı qadın mübahisə edən uşaqları ayırarkən qol nahiyyəsindən bıçaq xəsarəti alıb. Qadına lazımı tibbi yardım göstərilib. Vəziyyəti stabildir.

Faktla bağlı Gəncə şəhər Baş Polis Bölməsində araşdırma aparılır.

Məlumat üçün bildirək ki, T.Rzayeva uşaqlardan birinin nənəsidir.

Seçilən
47
30
teleqraf.com

10Mənbələr