AZ

Tünd rəngli avtomobili olanların diqqətinə

Yay mövsümündə günəşin altında uzun müddət saxlanılan avtomobillər təkcə salondakı istiliklə deyil, həm də xarici görünüşə dəyən zərərlə diqqət çəkir. Bəs günəşin maşının boyasına və rənginə hansı təsirləri var? Avtomobil ustası Fərzalı Mirzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, təzə gələn maşınların keyfiyyəti ümumilikdə aşağı olur. Bu avtomobillərin rəng örtüyü zəifdir, salon, şit və örtük materialları isə çox keyfiyyətsizdir: “Xüsusilə də tünd rəngli avtomobillərdə — qara, qırmızı, göy kimi rənglərdə bu daha aydın hiss olunur. İsti havalarda və günəş şüalarının təsiri altında bu rənglər tez solur, sıradan çıxır. Üstəlik avtomobil birbaşa günəş altında qızdıqdan sonra dərhal “moyka”ya daxil olduqda və orada istifadə olunan kimyəvi maddələr tətbiq edilir ki, bu da avtomobilin örtüyünə əlavə ziyan vurur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
8
22
metbuat.az

10Mənbələr