AZ

İtaliyada yüzlərlə aviareys ləğv olundu

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyada idarəetmə mərkəzində yaranan problem ölkənin şimal-qərbindəki hava limanlarında yüzlərlə aviareysin ləğvinə səbəb olub.

Axar.az xəbər verir ki, İtaliyanın hava nəqliyyatına cavabdeh olan “ENAV” şirkətinin Milandakı İdarəetmə Mərkəzinin məlumat ötürülməsi sistemindəki yavaşlama səbəbindən əməliyyatlar dayanıb.

Milan, Berqamo, Turin və Genuya hava limanlarında ümumilikdə 320-dək təyyarənin qalxması və ya enişi dayandırılıb. Nəticədə hava limanlarında sərnişin sıxlığı yaranıb. Təyyarələrin bir çoxu paytaxt Romanın “Fiumicino” və “Ciampino” hava limanlarına yönləndirilib.

“ENAV” şirkətindən bildirilib ki, texniki-əməliyyat heyətinin vaxtında müdaxiləsi sayəsində problem həll olunub. Qısamüddətli fasilədən sonra ilk uçuşlar bərpa olunub. Ölkənin şimal-qərbində hava hərəkəti tam normal vəziyyətə qayıdıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
13
axar.az

9Mənbələr