Ov tüfəngindən açılan atəş nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Xezerxeber.az xəbər verir ki, hadisə bu gün səhər Masallıda baş verib.
İddialara görə, kürəkən - 29 yaşlı Kamran Zərbəliyev qaynanası, 44 yaşlı Aybəniz Məmmədovaya, həyat yoldaşı 24 yaşlı Arzu Zərbəliyevaya, baldızı 19 yaşlı Aysu Məmmədovaya və qohumları 51 yaşlı Fərman Qarayevə ov tüfəngi ilə atəş açıb.
Qayınana Aybəniz Məmmədova aldığı xəsarətlərdən ölüb. Xəsarət alan digər şəxslər isə Masallı rayon mərkəzi xəstəxanasına aparılıblar.
Hadisəni törətməkdə şübhəli bilinən Kamran Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb. Prokurorluğun məlumatına əsasən, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.
Faktla bağlı Masallı Prokurorluğunda cinayət işi başlanıb, iş üzrə ibtidai istintaq davam etdirilir.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.