Bu ərazi bir neçə gün əvvəl 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya xəttinə düşdüyü yerdir. Sən demə burda qısa müddət əvvəl də yol çöküb, iki nəfər düşüb.
Onun düşdüyü yer isə təhlükəsizlik məqsədilə nə bağlanıb, nə də xəbərdarlıq nişanı qoyulub.
Bəs hadisəyə cavabdeh qurum hansıdır?
Xezerxeber.az-ın xəbərinə görə, məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, hadisə agentliyin xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulmuş ərazidə qeydə alınıb. Yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr agentliyin balansında deyil və xidmət göstərilən sahələrə aid olunmur. Bu kimi hadisələrin yolun tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heç bir əlaqəsi yoxdur.
Dövlət Su Ehtiyatları Agentliyindən isə məsələnin araşdırıldığı və nəticəsi haqda məlumat veriləcəyi qeyd edildi.
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, hər hansı dövlət qurmunun məsuliyyətsizliyi səbəbilə insan ölümünə səbəb olma faktı olduğu halda həmin iş üzrə səbəbkar şəxslər məsuliyyətə cəlb edilə bilər. Bu, istinqatla araşdırılır. Belə olan halda zərərçəkənin yaxınları hüquq mühafizə orqanlarına şikayət edə, eyni zamanda müvafiq təzminatın alınması üçün də müracət edə bilərlər.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.