AZ

Hindistanda 25 milyon insan uran təhlükəsi altında

Hindistanda

Hindistanın Karnataka ştatında yeraltı suyun uranla təhlükəli çirklənməsinin əsas səbəbləri Kolumbiya Universitetinin amerikalı alimləri tərəfindən müəyyən edilib. Aparılan tədqiqat zamanı bölgədəki su nümunələrinin 78%-ində uranın təhlükəsiz normadan yüksək olduğu, bəzi yerlərdə isə bu göstəricinin 75 dəfə artıq olduğu üzə çıxıb. Tədqiqat “Environmental Science & Technology” (ES&T) elmi jurnalında dərc olunub.İzotop analizinin qabaqcıl metodlarından istifadə edən alimlər uranın yeraltı su qatlarında necə yayıldığını izləyə biliblər. Məlum olub ki, oksidləşən şəraitdə, yəni oksigenin olduğu mühitdə uran asanlıqla həll olaraq su ilə yayılır, oksigensiz (reduksiya olunan) zonalarda isə sərt birləşmələr şəklində çökmə meydana gəlir.Tədqiqatın aparıcısı Aridjit Mitra bildirib:“Bizim işimiz sadəcə çirklənməni aşkar etməklə kifayətlənmir. Uranın yeraltı mühitdə davranış mexanizmlərini anlamaq mümkün oldu ki, bu da milyonlarla insanın sağlamlığının qorunması üçün çox vacibdir.”Uranla çirklənmiş suyun uzunmüddətli istehlakı böyrək, qaraciyər və sümük sistemi üçün ciddi zərərlərə yol aça bilər. Karnataka ştatında 25 milyon insan belə təhlükəyə məruz qalır.Alınan nəticələr problemin həlli üçün yeni imkanlar açır. Alimlər təklif edir ki, yeni quyular qazılarkən geoloji şərait nəzərə alınsın, ən çirklənmiş bölgələrdə lokal təmizləmə sistemləri tətbiq edilsin və suyun keyfiyyətinin kompleks monitorinq sistemi yaradılaraq dünya üzrə oxşar problemlərlə üzləşən regionlarda da tətbiq edilsin.Ulusum.az

Diqqət Çəkənlər

Juntszyanda güclü daşqın: Küçələri sel apardı - FOTO- VİDEO

Fərqliliyi ilə dünyanı fəth edən qadın – Diandra Forrestin albinizm hekayəsi - FOTO

Yekaterinburqda işgəncə görən azərbaycanlı danışdı

Seçilən
79
11
ulusum.az

10Mənbələr