AZ

"Qarabağ" yeni formalarını Şuşada təqdim etdi - Video

"Qarabağ" klubu növbəti mövsüm üçün formalarını təqdim edib.

Axar.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, "Adidas" şirkəti tərəfindən hazırlanan geyimlər ağ, göy və boz rənglərdən ibarətdir.

Ağdam təmsilçisi 2025/2026 mövsümündə istifadə edəcəyi geyimləri Şuşa şəhərində təqdim edib.

Təqdimat videoçarxında "köhlən atların" futbolçuları Kadi Borges, Bəhlul Mustafazadə, Mateuş Koxalski, Şahruddin Məhəmmədəliyev və Toral Bayramov iştirak ediblər. Musiqi kimi isə "Bayatı-Şiraz" muğamından istifadə olunub.

Qeyd edək ki, "Qarabağ" növbəti mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.

Seçilən
1
5
axar.az

10Mənbələr