AZ

İzmirdə baş verən yanğınlarla əlaqədar təyyarə reysləri təxirə salındı

BAKI, 29 iyun. TELEQRAF

Türkiyənin İzmir vilayətinin üç rayonunda meşə yanğınları baş verib.

Teleqraf xəbər verir ki, İzmir valisi Süleyman Elban Seferihisar rayonunda beş mikrorayonun sakinlərinin təxliyə edildiyini bildirib.

O deyib: "Meşə yanğınlarının söndürülməsi üçün 1100 yanğınsöndürən, 6 təyyarə, 23 avtosistern, buldozer, 100-dən çox təcili tibbi yardım briqadası və jandarmlar cəlb olunub. Sürəti saatda 70-117 km arasında dəyişən güclü külək səbəbindən təyyarələrin çoxu işləyə bilmir".

Seferihisarla yanaşı, Menderes və Qaziemir rayonlarında da meşə yanğınları davam edir. TRT-nin məlumatına görə, bəzi ərazilərdə baş verən yanğın kəndlərdəki yaşayış binalarına yaxınlaşıb. Çox adam öz maşınlarını fəlakət bölgəsindən çıxarmağa çalışsa da, heç də hər kəs buna müvəffəq olmayıb, bəzi avtomobillər və kənd təsərrüfatı texnikası yanıb. Polis nümayişləri dağıtmaq üçün nəzərdə tutulmuş su şırnaqlarından istifadə edərək yanğını söndürməyə kömək edir.

Duman və yanğın səbəbindən İzmir Hava Limanına gedən bəzi təyyarələr eniş fürsəti üçün havada gözləmək məcburiyyətində qalıb. Bir sıra yerli reyslər təxirə salınıb.

Seçilən
23
41
teleqraf.com

10Mənbələr