AZ

Qərbi Gürcüstanda torpaq sürüşməsi əhaliyə ciddi ziyan vurub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 29 iyun, AZƏRTAC

Qərbi Gürcüstanda, xüsusən də İmereti bölgələrində torpaq sürüşməsi baş verib. Sürüşmə yaşayış binalarına, yollara və kənd təsərrüfatı torpaqlarına ziyan vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə İmereti qubernatorunun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, sürüşmə proseslərinin intensivləşməsi ilə əlaqədar İmeretinin Xaraqauli rayonunun Qverki və Hemaqali kəndlərinin bəzi sakinləri təxliyə edilib.

Sürüşmə yaşayış binalarına, yollara, kənd təsərrüfatı sahələrinə ziyan vurub.

Geoloqlar sürüşmə proseslərinin səbəblərini müəyyən etmək və mümkün risklərin proqnozunu hazırlamaq üçün hadisə yerinə gəliblər.

“Xaraqauli meriyası vəziyyəti diqqətlə izləyir və rəsmi rəylər və mütəxəssislərin tövsiyələri əsasında bütün lazımi tədbirləri görəcək”, - mətbuat xidməti qeyd edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
6
azertag.az

10Mənbələr