"Formula 1" üzrə Avstriya Qran-prisinin qalibi müəyyənləşib.
Xalqcebhesi.az-ın məlumatına görə, “Maklaren” komandasından Lando Norris bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Oskar Piastri ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.