"Bir şeyi yaşamalısan ki, yaşatdırasan.
Klub rəhbərliyinə cuzi şəkildə əks getsəm də, həmişə futbolçunun yanında olmuşam.
Rəhbərlik də daim kompromisə getməlidir. "Araz Naxçıvan"da bəzi məqamlar oldu ki, sonradan səhv etdiyimi anladım.
Uğur üçün bir-birinə güzəştə gedib addım atılmalıdır. Bir insanın geriyə addım atması onun uduzması deyil, əksinə, böyüklüyüdür".
Bu açıqlama ilə Sportinfo TV-də yayımlanan "Futbol manşet" verilişində "Kəpəz"in sabiq çalışdırıcısı Azər Bağırov çıxış edib.
Təcrübəli mütəxəssis çalışdığı komandalarda rəhbər-məşqçi-futbolçu münasibətlərinə dair maraqlı şərhlərlə diqqət çəkib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.