AZ

"Rusiya şovinist siyasətindən əl çəkməlidir" - Deputat

Rusiya-Ukrayna müharibəsi uzun müddətdir ki, qlobal təhlükəsizlik nizamında mərkəzdə dayanır, önəmli rol oynayır. Lakin bir çox analitiklərin fikrinə baxdığımız zaman görürük ki, onlar bu müharibəni qarşıdakı onilliklərdə beynəlxalq münasibətlərdə hökmranlıq edəcək, yenilənəcək böyük güc rəqabətinin ön səhifəsi kimi dəyərləndirirlər.


Bu sözləri Manset.az-a açıqlamasında deputat Azər Badamov deyib. 

O bildirib ki, Rusiyanın dövlət siyasəti səviyyəsinə qaldırdığı, qeyri-ruslara qarşı tətbiq etdiyi siyasət, Yekaterinburqda və digər ərazilərində miqrantlara qarşı atılan son addımlar bu yanaşmanı indidən əsaslandırır, desək yanılmarıq:

"Bu gün Rusiyada miqrantlara tətbiq olunan siyasətin dramatik şəkildə kəskinləşməsini görürük. Cəbhəni doldurmaq üçün çıxılan yol artıq böyük strateji dəst-xəttə çevrilib. Qarşıdakı aylarda diplomatik həll üçün az perspektiv göründüyündən bunun əvəzinə Rusiyanın arealı genişləndirmək siyasətinin, aqressiv addımlarının şahidiyik. 

Soyuq Müharibə dövründən bəri ABŞ-nin əzəli rəqibi olan Sovet İttifaqının, sonra isə onun varisinin təməl daşı Ukrayna idisə, bu gün Rusiyanın öz siyasi təməl daşının məhz diskrimativ siyasətlə laxladığını görürük. Qeyri-ruslara qarşı yürüdülən bu siyasət Rusiyanın öz siyasətinə zərbə, öz topuğuna atılan daşdır. Ermənistanda revanşistləri dəstəkləmək da daxil olmaqla Cənubi Qafqazı ikinci cəbhə olaraq açmaq istiqamətində addımlar atılarkən, miqrantlara qarşı yürüdülən son dərəcə zalım siyasət Rusiyanın özünü hədəf taxtasına gətirəcək.  Dərin mədəni, iqtisadi və siyasi əlaqələri olan ölkələrə, onların xalqlarına qarşı bu münasibət son dərəcə yanlış addımdır. Hansısa şəxslərin Rusiyada bütün dünyanı qarşısını almaq iddiaları son dərəcə səhvdir. Belə bir yeni gündəm formalaşdırmaq, onun dalınca düşmək Rusiyanın özünə heç nə verməyəcək. Bu yanlış sıçrayışdır". 

Deputat qeyd edib ki, rəsmi Moskva xarici əlaqələri balanslaşdırmaq və daxili fikir ayrılıqlarını, yanaşmalarını iltihablaşdırmaqdan uzaq durmalıdır:

"Bunun əksinin şahidiyik. Miqrantları hədə ilə, şantajla müharibəyə yola salmaq, günahları olmayan əməllərdə ittiham etmək prosesin mərkəzdən idarə olunduğundan xəbər verir. Rusiya media məkanında Azərbaycan əleyhinə səsləndirilən fikirlər, Solovyov kimilərin dili ilə dövriyyəyə buraxılan ritorika Rusiyanın gözləntilərimizə son dərəcə əks siyasət yürütdüyünü göstərir. Bu gözləntilər içində şübhəsiz ki, ilk yerdə dayanan məsələ təyyarə qəzasının ədalətli araşdırılmasıdır. Bununla bağlı Rusiyadan heç bir addım görməsək də Azərbaycan bu məsələni beynəlxalq gündəliyə daşıyacaq, ədalətli qərara nail olacaq, günahkarların cəzalandırılması ilə yanaşı kompensasiyanın da əldə olunması məqsədinə çatacaq. O cümlədən Milli Məclisin deputatı olaraq heç bir əsaslı səbəb olmadan qara siyahıya salınaraq deport olunmağım da qeyri-dost və iki ölkə arasındakı münasibətlərinə kölgə gətirən hadisə idi.  Media resurlarımızın kiberhücumlara məruz qalmasının qarşısını almaqla yanaşı hesabatlarla rəsmiləşdirilən bu sənədlər sonrakı addımlarda dəyərləndirmə baxımından istinad nöqtəsidir. Rusiya qeyri-insani, şovinist siyasətindən əl çəkməli və düzgün siyasət yürütməlidir.

Miqrantlara qarşı bəslənilən bu münasibət Rusiyanın beynəlxalq nüfuzuna böyük zərbədir. Böyük dövlət statusuna qaytarmağın yolu deportasiya, qəza, həbs, diskriminasiya, şantaj deyil. Bu kampaniyaların hər biri Rusiya üçün heyrətamiz bir uğursuzluqdur. Eyni tarixi və mənəvi məkanı bölüşən xalqlara qarşı belə bir alov qalamaq düzgün deyil. Rusiyanın yola çıxdığı geniş məqsədlər “de-nazifikasiya” və “de-militarizasiya” adlandırılırsa, qeyri-ruslara, digər xalqlara qarşı tətbiq olunan bu siyasət isə sadəcə qeyri-insani və siyasətdən son dərəcə uzaqdır".


Seyranə Quliyeva

Seçilən
7
39
manset.az

10Mənbələr