AZ

İsraildə məhkəmə Netanyahu ilə bağlı QƏRAR

Qüds Dairə Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahunun vəkilləri tərəfindən verilmiş vəsatətə qismən müsbət cavab verib. Nəticədə Netanyahu korrupsiya işi üzrə dinləmələrdə ifadə vermək öhdəliyindən bir həftəlik azad olunub.

BAKU.WS bu barədə "Ynet" portalına istinadla məlumat yayıb.

Qərar, baş nazirin vəkillərinin təşəbbüsü ilə keçirilən qapalı iclasdan sonra məhkəmə tərəfindən qəbul edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Netanyahunun hüquq komandası müraciət edərək bildirmişdi ki, bölgədəki təhlükəli vəziyyət, xüsusən İranla gərginlik və Qəzza zolağındakı müharibə səbəbindən baş nazir bütün diqqətini siyasi və təhlükəsizlik məsələlərinə yönəltməlidir. Bu səbəbdən onlar dinləmələrin iki həftə təxirə salınmasını istəmişdilər.

Seçilən
2
24
far.az

10Mənbələr