AZ

Moldova Azərbaycanlıları Konqresi: Yekaterinburqda soydaşlarımıza qarşı törədilən vəhşilik hallarını qəti şəkildə pisləyirik

Moldova Azərbaycanlıları Konqresi olaraq Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən vəhşilik hallarını qəti şəkildə pisləyirik və bunu beynəlxalq hüquq normalarının, insan haqlarının pozulması kimi qiymətləndiririk.

“İki sahil” xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov söyləyib.

“Yekaterinburqda baş verən hadisələr Rusiyanın Konstitusiyasına, qanunvericiliyinə ziddir və hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri daha çox planlaşdırılmış, xüsusi məqsədli bir aksiya təəssüratı yaradır. Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsində beş soydaşımızın amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət faktları ilə bağlı günahkarlar dərhal cəzalandırılmalıdır. Əks halda bu aksiyaların arxasında Rusiya dövlətinin dayandığı sübuta yetiriləcək.

Bir daha bəyan edirik ki, müstəqil və qüdrətli Azərbaycan dövlətinə qarşı bu cür cılız üsullarla təhdid etmək şanslarınız sıfıra bərabərdir. Azərbaycan dövləti bütün dünyada yaşayan soydaşlarımızın hüquqlarını qorumağa qadirdir və bu cür hallara qarşı dünya azərbaycanlıları amansız olacaq, mübarizələrini davam etdirəcək”, - deyə Elçin Bayramov əlavə edib.

E.Bayramov daha sonra deyib: “Son olaraq Rusiyada qətlə yetirilən soydaşlarımızın ailələrinə, yaxınlarına başsağlığı verirəm və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Seçilən
16
50
ikisahil.az

10Mənbələr