AZ

“İmişli” daha 6 futbolçu ilə vidalaşdı

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “İmişli” bir neçə futbolçu ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilerme Silva, Pablo Henrike və Xəyal Tomarov ilə müddəti başa çatan müqavilə uzadılmayıb.

“İmişli” daha öncə Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla yollarını ayırıb.

Seçilən
3
20
futbolpress.az

10Mənbələr