AZ

Rusiyaya buraxılmayan deputat: “OMON yuxarıdan aldığı tapşırığı icra edib”

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Rusiyada qeyri-etnik ruslara qarşı şovinizm, diskriminasiya, milli ayrı-seçkilik adi haldır".

Bu sözləri "Cebheinfo.az" - a açıqlamasında millət vəkili Azər Badamov bildirib. Onun sözlərinə görə, 90-cı illərdən sonra Rusiyada yaşayan qafqazlılara, Mərkəzi Asiyadan olanlara böyük şəhərlərdə ikinci dərəcəli insanlar kimi baxılır, onlar təhqir və təqiblərə məruz qalırlar:  

“Amma 2022-ci ilidə Ukrayna ilə müharibənın başlandığı ilk vaxtlar bu münasibət bir az səngimişdi. Çünki müharibəyə göndərilənlərin əksəriyyəti qeyri-etnik ruslar idi. İndi isə müharibə dərinləşdikcə yeni canlı qüvvəyə ehtiyac yaranır. Bu boşluğu miqrantlara və qeyri-etnik Rusiya vətəndaşlara təzyiqlər göstərməklə doldururlar. Hətta məcbur edilərək müqavilə bağlatdırıb müharibəyə göndərilən miqrantlar aldadılır və kompensasiyalar verilmir.

Ən təhlükəlisi odur ki, qeyri-rus vətəndaşların və miqrantların müharibəyə göndərilməsi üçün onların təqib olunması dövlət siyasətinə çevrilib".

Millət vəkili qeyd edib ki, baş verən hadisələr  Rusiyada qeyri-rusların və miqrantların hüquqlarının nə qanunlar, nə də dövlət tərəfindndən qorunduğunu göstərir:

"Əksinə, dövlətin güc strukturları miqrantlara qarşı təhlükəli bir maşına çevrilib. Yeketerenburq şəhərində azərbaycanlılara qarşı işlədilmiş qeyri -insanı hərkətlər, işğəncə və təzyiqlər  qanun çərçivəsinə sığmır. Belə ki, polisin və SOBR-ın səhər gün açılmamış qapını sındıraraq evə daxil olması, evin kişilərinin açıq şəkildə təhqir edilərək döyülməsi və qətlə yetirilməsi dövlətin hüquq mühafizə orqanlarının yuxarıdan aldığı tapşırığın icrasından başqa bir şey deyil. Əks halda bu cinayətləri törədilənlərə qarşı hər hansı bir tədbirin görülməsi ilə bağlı açıqlama verilərdi.

Rusiya XİN-i Azərbaycanın etirazından sonra saxlanılan insanlara tibbi yardımın göstərilməsinə başlandığı və 24 il əvvəl törədilmiş cinayət işinin istintaqına görə müəyyən azərbaycanlıların saxlanıldığı bildirdi. Sual olunur ki, törədilmiş cinayət işi 24 ildən sonra Rusiyanın İstinataq İdarəsinin yadına düşdü? Hətta cinayət işi üzrə olsa belə, niyə alçaldıcı və ölümlə nəticələnən işğəncələr edilir?

Təbii ki, hüquqi müstəvidə məhkəmənin qərarı olmadan cinayət əməlinin nəticəsi təsdiq olunmur. Belə bir hökm olmadığı təqdirdə müqavimət ğöstərməyən və öz evində, ailəsinin içində olan insanların belə alçaldılması və döyülərək öldürülməsi özü bir cinayətdir".

Millət vəkili vurğulayıb ki, baş verən bu özbaşınalığın bir cavabı var:

"Bu hadisənin kökündə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı səsləndirdiyi fikirlər və statistika ilə bağlı həqiqətlər dayanır. Müharibəyə mirqrantları güc yolu ilə göndərməklə istəyə nail olmaq olmaz. Rusiya özünü hüquqi və dünyəvi dövlət hesab edirsə, ölkəsində qeyri- ruslara qarşı təzyiq və təqib  siyasətini dəyişməli, öz vətəndaşlarının hamısının hüquqlarını qanunlarla bərabər şəkildə qorumalıdır". 

Xatırladaq ki, bu ilin mayında Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov Rusiyaya buraxılmayıb və  Azərbaycana geri qaytarılıb.

Səbinə Uğur 

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
cebheinfo.az

10Mənbələr