AZ

İlk dəfə elektrikli su taksisi fəaliyyət göstərəcək

Bir neçə gün əvəl Rusiyanın Yekaterinburq şəhərində FSB-nin keçirdiyi xüsusi əməliyyat nəticəsindən azərbaycanlılara qarşı törədilən qəddar və qeyri-insani rəftardan sonra belə qənaətə gəlmək olar ki, baş verən hadisələr rus şovinizm siyasətinin tərkib hissəsidir. Bir daha əminliklə qeyd etmək istərdim ki, Rusiya hələ də milli və dini ayrı-seçkilik, habelə şovinizim siyasətindən əl çəkə bilmir. Orada yaşayan müxtəlif xalqların nümayəndələrinə qarşı zaman-zaman dövlət səviyyəsində törətdilən ağlasığmaz vəhşiliklər də bundan xəbər verir. Dinc əhaliyə qarşı törədilən ölümlə nəticələnən zorakı əməliyyat, əslində, Rusiyada yaşayan qeyri-rus millətlərinə qarşı terror hadisəsidir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çinfiz Qənizadə açıqlamasında bir neçə gün əvvəl Rusiyanın Yekatrinburq şəhərində azərbaycanlılara qarşı törədilən qəddarlıq və kütləvi həbslərə münasibət bildirərkən bildirib.

Tanınmış hüquqşünas deyib ki, təbii ki, bu hadisə insan hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, etnik zəmində ayrı-seçkilik və vəhşilik nümunəsidir: 

“Rus şovinizm siyasəti qəddarlığına görə nəinki erməniləri, hətta faşistləri də geridə qoyub. Yekaterinburq hadiəsləri barədə məlumat alan kimi gözlərim önündə Xocalı faciəsi canlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı soyqırımını məhz SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan ruslardan ibarət 366-cı motoatıcı alayı vasitəsilə həyata keçirdilər və bir gecənin içərisində Xocalı şəhəri yerlə-yeksan edildi, yüzlərlə insan, onlarla ailə məhv edildi. Dinc insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər eybəcər və qorxunc şəklə salınanlar çoxluq təşkil edirdi. Bax, budur Rusiyanın mərhəməti, demokratiyası və haqq-ədalət tərəfdarı olması. Necə deyərlər, bu qətliamın adı ermənilərin , dadı isə rus şovinistlərinin oldu. Həmin hadisələrdən sonra biz rus şovinistlərinin törətdikləri çoxlu sayda vəhşiliklərin şahidi olmuşuq.

Xatırladım ki, 2024- cü il dekabrın 25- də qəzaya uğrayan AZAL təyyarəsinin Rusiyanın “Pantsir-S” HHM müdafiə sistemi ilə vurulduğu da artıq öz təsdiqini tapdı. Qəzadan sonra Rusiya prezidenti Vladimir Putinin Rusiya hava məkanında baş verən “faciəli insident”ə görə Azərbaycan Prezidenti İlham Əliyevə üzrxahlıq etməsi də bundan xəbər verir”.

Ç.Qənizadə bildirib ki, rus şovinizm siyasətinin nəticəsi olan belə qəddarlıq və vəhşiliklər barədə kifayət qədər faktlar var:

“Bu hadisələri xatırlatmaqda məqsəd Rusyanın riyakar siyasətni ifşa etməkdir. Xatırladım ki, 2022- ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. 43 bənddən ibarət bu Bəyannamə imzalanarkən Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni, humanitar əlaqələrə sadiqlik nəzərdə tutulub. Xatırladım ki, 1997 –ci il 3 iyul, 2008-ci il 3 iyul və 1 sentyabr tarixlərində də dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Həmin sənədlərdə bir çox məsələlər, o cümlədən iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqlikləri ifadə edilib. Budurmu Rusiyanın dövlət başçısının imzaladığıa sənədlərə hörmət və sadiqliyi? Baş verən hadislər bir daha təsdiləyir ki, Rusiya şovinizm siyasətindən əl çəkmir və belə sənədləri imzalamaqla beynəlxaıq aləmdə özünü demokratik ölkə kimi göstərməyə, həmçinin beynəlxalq ictimiyyəti aldatmağa çalışır. Rusiyanın Ukraynaya qarşı başladığı müharibə, bu xalqa, dinc əhaliyə qarşı törətdiyi vəhşilik, qəddarlıq, dağıntı və günahsız insanların kütləvi qətliamı şovinizm siyasətinin növbəti mərhələsi idi. Daha bir qəddarlığı, vəhşiliyi Yekatrinburqda azərbaycanlılara qarşı törədərək bu yolda bir daha bu ölkədə hüququn və qanunun aliliyinin olmaması və digər xalqlara kin və nifrətin daha yüksək təzahürü kimi özünü göstərdi”.

Hüquq müdafiəçisi 2022-ci il fevralın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin inzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin 40-cı maddəsini xatırladıb. Həmin maddədə deyilir:

“Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar”. Əgər Rusiyanın dövlət başçısı imzaladığı sənədə əməl etmirsə, deməli, gələcəkdə bu ölkədən digər xalqlara qarşı daha qatı amansızlıq və qəddarlığın şahidi olacağıq.

Ç.Qənizadə Rusiyanın separatçı münasibətini, rus şovinizm siyasətini, islamofobiya yanaşmasını, milli ayrı-seçkiliyi kəskin pisləyərək deyib: 

“Yekaterinburq şəhərində Rusiya dövlətini təmsil edən silahlı dəstələrin azərbaycanlıların yaşadıqları evlərə basqın etdiklərinə, dinc insanları qətlə yetirdiklərinə və vəhşicəsinə döydüklərinə ciddi etirazımı bildirirəm. Bu hadisələri Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin nəzarətə götürməsi hələ məsələnin tam həll olunacağına ümid vermir. Çünki bu şovinizm siyasəti Kremldən qaynaqlanır”.(musavat)

Seçilən
11
21
avtosfer.az

10Mənbələr