Rusiya Prezidenti Vladimir Putin gələn həftə Rio-de-Janeyroda keçiriləcək BRICS sammitinə videokonfrans vasitəsi ilə qatılacaq.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubin özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Putin uzaq məsafədə yerləşən BRIKS ölkələrinin liderləri ilə videobağlantı vasitəsilə əlaqə saxlayacaq.
Dövlət başçısı sammitin plenar iclasında iştirak edəcək.
Ətraflı
Pavel Zarubin əlavə edib ki, gələn həftə Vladimir Putinin digər beynəlxalq təmasları da nəzərdə tutulub.