AZ

Serbiyada iğtişaşlar: 48 polis yaralandı, 77 nəfər saxlanıldı

Serbiyanın paytaxtı Belqradda baş vermiş iğtişaşlar nəticəsində 48 polis əməkdaşı xəsarət alıb, 77 nəfər saxlanılıb. Saxlanılanlar arasında bir azyaşlı da var.

Moderator.az xəbər verir ki, bu barədə Serbiya Polis İdarəsi direktorunun müavini Deyan Lukoviç "TV Prva" kanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları 35 cinayət və 22 inzibati hüquq pozuntusu ilə bağlı məhkəməyə vəsatət təqdim etməyi planlaşdırır:

“Hazırda hadisənin bütün detallarını araşdırır, faktiki mənzərəni müəyyənləşdirir və digər təşkilatçılarla bağlı şəxsiyyəti müəyyənləşdirmə işlərini aparırıq. Aidiyyəti prokurorluqlar və təhlükəsizlik qurumları ilə əməkdaşlıq çərçivəsində bu işi sonadək aparacağıq”.

Seçilən
44
12
moderator.az

5Mənbələr