AZ

Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilibYenilənib

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan üçüncü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib.

Xezerxeber.az xəbər verir ki, ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qətimkan tədbiri seçilib.

Yerli mətbuat tərəfindən məhkəmə zalından paylaşılmış videoyazıdan göründüyü kimi, Ayaz Səfərovun üzündə hematomalar var.

A.Səfərov həmçinin qeyd edib ki, özünü təqsirli hesab etmir.

13:37
Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan Ayaz Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

Ayaz Səfərov məhkəmə zalına gətirilib.

Qeyd edək ki, məhkəmə Ayaz Səfərovun qardaşları Məzahir və Akif Səfərovlar barədə 22 günlük həbs qərarı çıxarıb. Məhkəmənin qərarı ilə onlar istintaq təcridxanasına göndərilib.(apa)

Seçilən
9
12
xezerxeber.az

10Mənbələr