AZ

Könül Nurullayeva: Rusiyada azərbaycanlılara qarşı törədilmiş xüsusi amansızlıq yolverilməzdir

Rusiyada azərbaycanlılara qarşı istintaqsız və məhkəməsiz şəkildə həyata keçirilən zorakılıq və qətllər yolverilməzdir və bu hadisə məqsədli cinayət təsiri bağışlayır.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

MM üzvü qeyd edib ki, 25 il əvvəl baş vermiş bir cinayət hadisəsi ilə bağlı hər hansı rəsmi sübut təqdim olunmadan azərbaycanlıların qəddarlıqla qətlə yetirilməsi, təhqir olunması və işgəncələrə məruz qalması həm absurddur, həm də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:

“Ümumilikdə, son dövrlər Rusiyada soydaşlarımıza qarşı təzyiqlərin artdığı müşahidə olunurdu. Miqrantlara qarşı etnik ayrı-seçkilik açıq şəkildə özünü büruzə verirdi. Bu cür davranışlar iki ölkə arasında münasibətlərə də mənfi təsir göstərir. Ötən ilin sonlarında baş vermiş məlum təyyarə qəzası ilə bağlı da Rusiya hökuməti adekvat tədbirlər görmədi, cinayətkarlar isə hələ də cəzasız qalır”.

Könül Nurullayeva əlavə edib ki, son insident zamanı müqavimət göstərməyən mülki şəxslərə qarşı zorakılıq törədilib və bu məsələ ilə bağlı ədalətli və şəffaf araşdırma aparılmalıdır: “Azərbaycan tərəfi hadisə ilə bağlı rəsmi etirazını bildirib. Məsələyə ciddi yanaşılmalı və cinayətkarlar öz cəzalarını almalıdır”.

Seçilən
9
50
report.az

10Mənbələr