AZ

"Barselona"nın azərbaycanlı qapıçısı: "Futbolçu kimi məhz bu klubda böyüdüm" - MÜSAHİBƏ

"Barselona"nın qapıçısı Eldar Tağızadə Sportal.az saytına müsahibə verib. Kataloniya təmsilçisinin B komandasında oynayan azərbaycanlı qolkiper gələcək perspektivindən danışıb.

- Artıq İspaniyaya qayıtmısan və "Barselona"nın B komandasının məşqlərinə qoşulacaqsan. Yəqin ki, mövsümə bu komandada oynamaq istəyirsən. Səncə, bunu reallaşdırmaq mümkün olacaq?

- Bəli, artıq "Barselona"nın B komandasındayam. Burada da olacam. Fikrimi məhz bu komandaya yönəltmişəm. "Barselona"nın B komandasında möhkəmlənmək istəyirəm. Hər şey özümdən asılıdır və hər şey də mümkündür. Bunun üçün sona qədər mübarizə aparacam.

- Başa çatan mövsümü icarə əsasında "Tudelano"da keçirdin. "Barselona"nın məşqçilər korpusu, skautları bu klubdakı performansını, çıxışını izləyirdilər?

- Əlbəttə ki, izləyirdilər. Hər şeydən də xəbərdar idilər. Bu haqda da danışırdıq. Yəni, mənim oyunlarımı izlədiklərini bilirdim.

- Bəs, sən özün "Tudelano"dakı performansını necə dəyərləndirirsən?

- Düzünü desəm, məncə "Tudelano"dakı performansım pis alınmadı. Bu klubda da ən yaxşısını etməyə çalışırdım. Mənim üçün yaxşı və böyük təcrübə oldu. Futbolçu kimi məhz bu klubda böyüdüm. 

- "Barselona" B komandasında qalası olsan, oynamaq şansın da az olmaz. Belə olacağı təqdirdə, qısa zamanda "Barselona"nın əsas komandasına qədər yüksəlmək imkanın yaranacaq? Özünü əsas komandada xəyal edirsən?

- Siz dediyiniz kimi, mən hazırda B komandasındayam. Komandanın yeni mövsüm hazırlıqlarına başlayacam. B komandasında qalmaq istəyirəm. Əgər hazırda B komandasındayamsa, növbəti mərhələ əsas komandadır. Hər şeyin mümkün olduğunu düşünürəm. Mən sadəcə daim işləməyə çalışacam.

- Maraqlıdır ki, İspaniyada oynasan da Azərbaycan yığmasına dəvət edilmirsən. Bunu nə ilə əlaqələndirirsən?

- Hər şey özümdən asılıdır. Mən ilk növbədə "Barselona"nın B komandasında qalıb, əsas heyətdə möhkəmlənməliyəm. Ondan sonra isə "Barselona"nın əsas komandası haqda fikirləşmək olar. Millidə də təbii ki, dəvət olarsa, oynamaq istəyərəm. Zaman hər şeyi göstərəcək.

- Azərbaycandan olan futbolçunun "Barselona"nın əsas komandasında yer alması, oynaması realdır?Yəqin ki, güclü rəqabət olacaq...

- Əlbəttə ki, hər şey mümkündür. Amma bilməliyik ki, "Barselona"nın səviyyəsi başqadır, çox üstündür. Bu mərhələyə addım-addım getməlisən. Hər şeyin reallaşmasına çalışacam.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
13
1
sportal.az

2Mənbələr