ain.az, Sportal.az portalına istinadən məlumat yayır.
Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Duqlas Kostanın "Qarabağ"a transferi gündəmdə deyil.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, hazırda Avstraliyada "Sidney"in formasını geyinən vinger onların maraq dairəsində yer almır.
Menecerlər 34 yaşlı «sambaçı»nın xidmətini "köhlən atlar"a təklif etməyib və bu istiqamətdə hansısa irəliləyişin qeydə alınması da gözlənilmir.
Kosta 2014-2018-ci illər aralığında dəvət aldığı Braziliya millisində 31 oyuna çıxıb, 3 qol vurub.
Yerli "Qremio"nun yetirməsi karyerası ərzində bir sıra tanınmış klubların heyətində çıxış edib. Bura Donetsk "Şaxtyor"u, "Bavariya" və "Yuventus" aiddir.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.