ain.az, Newscenter.az portalına istinadən məlumat verir.
Rusiyanın Yekaterinburq şəhərində əslən Azərbaycanlı ailələrin evlərinə basqın edilməsi, onların saxlanılması zamanı törədilən qeyri-insani zorakılıq halı Rusiya dövləti adına böyük bir cinayətdir, heç bir araşdırma və əsas olmadan Azərbaycanlılar, onların ailə üzvləri Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb və onlardan iki nəfər öldürülüblər. Rusiya Federasiyasında etnik və milli məsələlər olduqca həssasdır, çünki Rusiya illərdir müxtəlif millətlərin və etnik qrupların məskunlaşdığı bir ölkədir. Rusiyada yaşayan Azərbaycanlılar heç zaman bu ölkədə millətçilik dalğasının artmasında maraqlı olmayıblar və hətta orada yaşayan digər xalqlara, bu ölkənin qanunlarına hörmət göstəriblər. Lakin biz Rusiyada faşizm ideologiyasının dövlət səviyyəsinə qalxmasının və millətçilik dalğasının artmasının şahidi oluruq, faktiki olaraq kreml bununla digər millətlərə, konkret bu halda Azərbaycanlılara qarşı böyük qəddarlıq və qeyri-insani hərəkət nümayiş etdirir. Son dövrlər əslən MDB üzvü olan müxtəlif ölkələrdən olan işçi miqrantlara qarşı da qanunsuz əməllər törədilir, onlar rusiyanın hüquq mühafizə orqanları əməkdaşları tərəfindən əsassız yerə döyülür və hücumlara məruz qalırlar.Bu əməliyyatı həyata keçirənlər nəzərə almalıdır ki, Sovet İttifaqının dağılmasının kökündə dayanan əsas səbəb məhz digər millətlərə və xalqlara göstərilən qeyri-insani hərəkətlər və münasibətdir olmuşdur, belə bir ideologiya, faşist ideologiyası ilə dövlət idarə edilə bilməz. İndi eyni səhvi Rusiya Federasiyası və onun rəhbərliyi həyata keçirir, ciddi bir səbəb olmadan sivil insanlara və vətəndaşlara qəddarlıq və zorakılıq həyata keçirilir.Bu gün Rusiya dövlət səviyyəsində Ukrayna ilə başlatdığı müharibə ilə öz vətəndaşlarına və xalqına zülm edir, digər xalqlara zülm edir, qonşu ölkələrlə, Azərbaycanla olan münasibətləri səbəbsiz yerə gərginləşdirməyə çalışır.Rusiya Federasiyası rəsmilərinin bu ölkənın səması üzərində vurulan Azərbaycan təyyarəsi ilə bağlı hələ də əsaslı bir açıqlama verməməsi və məsuliyyətdən boyun qaçırması, bu ölkənin mediasında ölkəmizə qarşı həyata keçirilən davamlı və əsassız hücumlar, Rusiyada yaşayan həmvətənlərimizə qarşı artan aqressiya, zorakı hərəkətlər bu ölkənin siyasi rəhbərliyi tərəfindən aparılan səhv siyasətin nəticəsidir. Milli, dini, irqi ayrı-seçkilik, digər millətlərə və xalqlara, mülki vətəndaşlara qarşı göstərilən aqressiya və zorakı münasibət heç bir şəkildə qəbulolunmazdır, sərt qınanmalıdır və bu cinayəti törədənlər ciddi şəkildə cəzalandırılmalıdır. Bütün bu hüquqdan kənar, vandal hərəkətlərlə rusiya digər xalqların yaşaması artıq mümkün olmayan bir məkana çevrilir..Dünyanın hansı nöqtəsində, o cümlədən Rusiyada yaşamasından asılı olmayaraq Azərbaycan dövləti hər bir vətəndaşının və həmvətəninin yanındadır və onun hüquqlarını müdafiə edir. Qəti şəkildə Rusiyada həmvətənlərimizə qarşı göstərilən bu qeyri-insani davranışların dayandırılmasını və bunu törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edirik.Vüqar Əhmədov, politoloq
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.