Azpost portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ Prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə prosesini “siyasi cadugər ovu” adlandıraraq, iddiaların ləğv olunmasına çağırıb.
Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edib:
“İsraildə Netanyahunun başına gətirilənlər dəhşətlidir. Bu, mənim yaşadığım ifritə ovuna bənzəyir. Bu, siyasi motivli bir hücumdur”.
Tramp qeyd edib ki, Netanyahunun rüşvətxorluq və dələduzluq ittihamları ilə üzləşməsi, onun İran və HƏMAS ilə aparılan vacib danışıqlara mane olur:
“O, müharibə qəhrəmanı və ABŞ iləböyük işlər görmüş bir liderdir. O, həmçinin HƏMAS-la girovların azad olunması barədə razılaşma əldə etməyə çalışır”.
Tramp əlavə edib ki, ABŞ İsrailə hər il milyardlarla dollar dəstək verir və bu səbəbdən Netanyahunun “xırda səbəblərlə” məhkəmə qarşısında vaxt itirməsi qəbuledilməzdir.
“Biz buna dözməyəcəyik”, – deyə Tramp bəyan edib.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.