Sportal.az saytına istinadən ain.az xəbər verir.
"Star Cup Azərbaycan" turnirində yarımfinalın daha bir matçı bu gün keçirilib.
Sportal.az xəbər verir ki, jurnalistlərdən ibarət “Yazanlar” komandası şou nümayəndələri və peşəkar futbolçulardan qurulan rəqibini 7:3 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Beləliklə, "Yazanlar" həlledici qarşılaşmada dünya və Avropa çempionlarından ibarət “Platinum” komandasına rəqib olub.
Qeyd edək ki, final matçı iyulun 2-də Bakı Su İdmanı Sarayının nəzdindəki Avropa Oyunları Parkınının çimərlik stadionunda baş tutacaq. Oyunun start fiti saat 21:00-da veriləcək.
Əlavə edək ki, oyuna giriş ödənişsizdi.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.