Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahuya qarşı qaldırılan məhkəmə iddialarını ləğv etməyə çağırıb.
“Ölkə.az” xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
“İsraildə Netanyahuya etdikləri dəhşətdir... Bu, mənim dözməli olduğum ifritə ovuna çox bənzəyən siyasi cadugər ovudur”, - Tramp yazıb.
Tramp hesab edir ki, İsraildə rüşvətxorluq və dələduzluqda ittiham olunan baş nazir Benyamin Netanyahunun məhkəməsi İran və Fələstinin radikal HƏMAS hərəkatı ilə danışıqlara mane olur:
“O, müharibə qəhrəmanı və ABŞ ilə böyük iş görmüş və İrandan gələn nüvə təhlükəsini aradan qaldırmağa müvəffəq olmuş bir baş nazirdir. Hazırda o, “HƏMAS” ilə girovların qaytarılmasını da nəzərdə tutan saziş üzrə danışıqlar aparır. ABŞ İsraili qorumaq və dəstəkləmək üçün hər hansı digər ölkədən qat-qat çox, hər il milyardlarla dollar xərcləyir. Biz buna dözməyəcəyik. İsrailin baş naziri xırda bir səbəbdən bütün günü məhkəmə zalında oturmağa məcbur edilməməlidir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.