Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Naxçıvan, 29 iyun, AZƏRTAC
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "NAZ Lifan" markalı avtomobillə "Qazel" markalı avtomobil toqquşub. Qəzada ölən və yaralananlar var.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunublar, fakt araşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.