BAKI, TurkicWorld
Türkiyəni Ankara vilayətində 3,6 maqnitudalı zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu haqqda Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumat görə, zəlzələ yerli vaxtla saat 08:20-də baş verib. Yeraltı təkanlar xüsusilə Çubuk rayonunda müşahidə olunub, və ocağı 10,62 kilometr dərinlikdə yerləşib.
Hazırda hər hansı ciddi zərər və ya xəsarət barədə məlumat verilməyib.