AZ

KİV: Rusiyada iqtisadiyyat tənəzzülə uğrayır, hərbi xərclər azaldılır

BAKI, 29 iyun. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin hərbi xərcləri azaltmaq planlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, Rusiya Federasiyası müdafiə xərclərini gələn il və ya yaxın üç il ərzində azaldacaq.

Bildirilir ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun ötən həftə ölkənin iqtisadi yavaşlama durumunda olduğunu deməsindən sonra belə addım atılıb.

Bundan başqa Rusiyada işçi qıtlığı da yaşanır.

Xüsusilə, müdafiə sektoruna və orduya axınının yaratdığı işçi çatışmazlığı səbəbindən əmək haqqı artımı son 16 ilin ən yüksək səviyyəsinə çatıb.

Seçilən
65
37
teleqraf.com

8Mənbələr