AZ

"Çelsi" əlavə vaxtda qalib gəlib

Klublarası dünya çempionatında ikinci 1/4 finalçı müəyyənləşib.

İdman.biz xəbər verir ki, "Benfika" və "Çelsi" münasibətlərə aydınlıq gətiriblər.

Bu görüş pis hava şəraiti üzündən uzun müddət yarımçıq dayandırılıb. "Çelsi" 64-cü dəqiqədən hesabı açıb. Ceyms cərimə zərbəsini dəqiq yerinə yetirib. Di Maria 90+5-ci dəqiqədə penaltinin dəqiq yerinə yetirib. Nəticədə qalib əlavə vaxtda müəyənləşib. Nkunku, neto və Devsburi-Hallun vurduqları qollar London klubunu 4:1 hesablı qələbə qazandırıb.

"Çelsi" 1/4 finalda "Palmeyras"la qarşılaşacaq.

Dünya çempionatı
1/8 final

28 iyun
20:00. "Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 1:4
Qol:
Ceyms, 64

İdman.biz

Seçilən
63
50
idman.biz

10Mənbələr