AZ

Serbiya Prezidenti etirazçıların qarşısına çıxdı

Serbiya Prezidenti Aleksandr Vuçiç etirazçılara müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Dövlət başçısının Belqradın Pioner parkında keçirilən etiraz aksiyaları zamanı vətəndaşların qarşısına çıxdığı bildirilir. O, etirazçılara müraciət edərək sülhə və sakitliyə çağırıb.

Xatırladaq ki, iyunun 28-də serb tələbələr Belqradda növbədənkənar parlament seçkiləri tələbi ilə etiraz aksiyası keçiriblər. Onlar şəhərin mərkəzindəki Slaviya meydanını və ətrafdakı bəzi küçələri bağlayıblar.

Seçilən
19
3
publika.az

10Mənbələr