AZ

“Bu,  hərb tarixində dronların əldə etdiyi ən yüksək nailiyyətdir”

“Müasir müharibələrdə uzzqmənzilli dronların əhəmiyyəti sürətlə artmaqdadır”.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin sözlərinə görə, hərb tarixində dronların əldə etdiyi ən yüksək nailiyyət isə Ukrayna ordusuna məxsusdur.

Nəşrin cari ilin iyun ayında Rusiyanın ağır bombardmançı təyyarələrinin bir qisminin Ukrayna dronları tərəfindən məhv edilməsini dronların hərb tarixində əldə etdiyi ən yüksək nailiyyət kimi dəyərləndirib:

“Ukrayna pilotsuz təyyarələri bəzi heyrətamiz nailiyyətlər əldə ediblər. İyunun əvvəlində Moskvanın strateji bombardmançı donanmasının təxminən üçdə biri Rusiya ərazisinə gizli şəkildə soxulan ucuz istehsal dronlarından istifadə etməklə Ukraynanın gizli əməliyyatı nəticəsində məhv edilib və ya zədələnib”.

Nəşrin məlumatına görə, hazırda həm Rusiya, həm də Ukrayna uzaqmənzilli dronların hazırlanmasını diqqət mərkəzində saxlayır və buna xüsusi əhəmiyyət verir. Nəşr dronların uçuş məsafəsi ilə yanaşı, zərbə gücünün də artırıldığını bildirib.

Seymur ƏLİYEV

 

Seçilən
71
46
moderator.az

10Mənbələr