Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna planlaşdırılan Azərbaycana səfəri ləğv edilib.
Bu barədə Teleqrafa diplomatik mənbələrdən məlumat daxil olub.
Məlumata görə, səfərin təxirə salınmasına səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi hadisəsi olub.
Mənbələrin bildirdiyinə görə, hazırkı vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya digər Rusiya rəsmilərinin səfərini məqsədəuyğun hesab etmir.