Bakı. Trend:
Fransalı yarımmüdafiəçi Pol Poqba “Monako” futbol klubunakeçib.
Trend xəbər verirki, knyazlıq klubundan rəsmi açıqlama yayımlanıb. 32 yaşlı futbolçuilə 2027-ci ilin iyunun sonunadək müqavilə imzalanıb.
Poqba əvvəlki karyerasında “Mançester Yunayted” və “Yuventus”kimi nüfuzlu klublarda çıxış edib. O, həmçinin Fransa millikomandası ilə 2018-ci il Dünya Çempionatının qalibi olub.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında Poqbanın antidopinqanalizinin cavabı müsbət çıxmış və o, 2024-cü ilin fevralında 4illik diskvalifikasiya almışdı. Lakin futbolçunun apelyasiyasındansonra Beynəlxalq Arbitraj Məhkəməsi cəza müddətini 18 ayaendirib.