AZ

Azərbaycan Overçuka “gəlmə” dedi! Bakı Yekaterinburq qırğınına sərt reaksiya verdi — SON DƏQİQƏ

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna planlaşdırılan Azərbaycana səfəri rəsmi Bakı tərəfindən ləğv edilib.

Musavat.com “Trend”ə istinadla xəbər verir ki, buna səbəb Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı azərbaycanlılara qarşı həyata keçirilmiş amansız divan olub. Həmin qanlı əməliyyat nəticəsində ikisi qardaş olmaqla, ən azı 5 soydaşımız qəddarlıqla qətlə yetirilib.

Azərbaycan hökuməti yaranmış ağır fonu nəzərə alaraq, Rusiya rəsmilərinin — o cümlədən baş nazirin müavini Overçukun səfərinin indi heç bir siyasi və diplomatik məna daşımadığını açıq şəkildə nümayiş etdirib. Bu addım Bakının Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş faktiki qətliama sərt etirazının və Moskva ilə münasibətlərdə mövcud gərginliyin açıq siqnalıdır.

Bakı beləliklə Rusiyaya həm siyasi, həm də mənəvi mesaj göndərir: Azərbaycan vətəndaşlarının qanı bahasına dostluq nümayiş etdirilə bilməz.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr