AZ

Gəncə Daşkəsən Regional Təhsil İdarəsində 4 ayda 221 min manatlıq alış veriş edilib / Görün nəyə xərclənib

ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ötən ilin noyabr ayından bu ilin fevral ayına qədər ümumi məbləği 221.414,64 manat olan bir neçə tender müqaviləsi imzalayıb.

İdarə müxtəlif istiqamətlər üzrə aşağıdakı şirkətlər və şəxslərlə satınalma müqavilələri bağlayıb:

"NEOSOL" MMC – Katric və dəftərxana mallarının alınması — 1.277,92 AZN

"PEARL SERVİS" MMC – Müxtəlif xidmətlərin satınalınması — 19.704,82 AZN

"OFİS-A.M." MMC – İKT avadanlıqlarının alınması — 4.838 AZN

Yusibova Amalya Cabbar qızı – Birmənbə icarə müqaviləsi — 9.600 AZN

Azəristiliktəchizat ASC – İstilik xidmətlərinin göstərilməsi (bir mənbədən) — 182.033,9 AZN

Aztelekom MMC – İnternet xidmətləri (bir mənbədən) — 3.960 AZN

Qeyd edək ki, bu tenderlər dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş açıq məlumatlara əsaslanır. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sadalanan müqavilələri müxtəlif texniki və kommunal ehtiyacların qarşılanmasına yönəlib.

Xatırladaq ki, 30 oktyabr 2024-cü il tarixində elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Qeyd olunan tenderlər də məhz Elçin Kərimovun rəhbərliyi dövründə həyata keçirilib.

 32gun.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
30
hurriyyet.az

10Mənbələr