İranın şimal, cənub və qərbində hava məkanında uçuş qadağası iyunun 29-da Bakı vaxtı ilə saat 14:30-a qədər uzadılıb.
Publika.az xəbər verir ki, bu barədə "Nour News" İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyinə istinadla məlumat yayıb.
“Şimal, cənub və qərbdə (İranın hava məkanında) daxili və beynəlxalq uçuşların qadağası sabah, iyunun 29-u saat 14:00-a (yerli vaxt, Moskva vaxtı ilə 14:30) qədər uzadılıb”, - agentliyin açıqlamasında deyilir.
Bu gün səhər saatlarında İran beynəlxalq uçuşlara ölkənin mərkəzi hissəsi və qərb rayonlarının bəzi hissələri üzərində öz hava məkanından istifadə etməyə icazə verib.