AZ

Fransa və ya İngiltərə Almaniyaya nüvə silahlarına çıxış verməlidir - Almaniyalı siyasətçi

Bakı. Trend:

Almaniya Bundestaqındakı Xristian Demokrat və Xristian SosialBirlik (CDU/CSU) fraksiyasının sədri Yens Spahn Fransa və ya BöyükBritaniyanın Almaniyaya nüvə silahlarına birbaşa çıxış imkanıverməli olduğunu bildirib.

Trend-inməlumatına görə, siyasətçi Avropanın öz müdafiəsini gücləndirməsiüçün bu məsələni ciddi şəkildə müzakirə etməyə çağırıb.

"Biz Fransa və Böyük Britaniyanın nüvə silahı arsenalına çıxışdaAlmaniyanın və ya Avropanın iştirakını, ola bilsin ki, digər Avropaölkələri ilə birlikdə öz iştirakımızı müzakirə etməliyik", – deyəSpahn vurğulayıb.

Onun sözlərinə görə, hazırda Almaniya ərazisində yerləşdirilmişABŞ nüvə silahları Avropanın təhlükəsizliyi üçün yetərli deyil vəpotensial rəqibləri cilovlamaq üçün daha təsirli mexanizmlərəehtiyac var.

Spahn bu cür qərarın maliyyə baxımından böyük yük olacağınıetiraf etsə də, “müdafiə istəyənlər bunu maliyyələşdirməyə hazırolmalıdır”, – deyə bildirib.

O, həmçinin avropalıları vahid “nüvə çətiri”nin yaradılmasıideyasını müzakirə etməyə, nüvə silahlarına nəzarətin isə vaxtaşırıbir Aİ ölkəsindən digərinə ötürülməsi ilə bağlı mexanizmintətbiqini nəzərdən keçirməyə çağırıb. Bu, onun fikrincə, potensialdüşməni qeyri-müəyyənlikdə saxlamağa imkan verəcək.

Seçilən
37
az.trend.az

1Mənbələr