Rusiya Kiyevi yenidən əsas hədəfə çevirir.
Sherg.az NTV-yə istinadən xəbər verir ki, Rusiya raket və dron hücumlarında yanaşmasını dəyişərək Kiyevi getdikcə daha çox əsas hədəf kimi seçməyə başlayıb. Hücumlarda indi tez-tez ballistik raketlər və kamikadze dronlardan istifadə olunur, zərbələr adətən gecə vaxtı həyata keçirilir.
“Kiyev yenidən əsas hədəfə çevrilir. Rusiya qorxu yaymağa və paytaxt sakinlərinin iradəsini sındırmağa çalışır”- NTV yazır.
Analitiklərin fikrincə, Kremlin məqsədi Ukraynanın hava hücumundan müdafiə sistemini həddindən artıq yükləmək, cəbhə xəttindən resursları yayındırmaq və psixoloji təzyiqlə arxa cəbhəni sabitsizləşdirməkdir.