"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat məhələsində "Selye"yə (Sloveniya) qarşı keçirəcəyi matç üçün hakim təyinatları açıqlanıb.
Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 10-da (20:00) Bakıda oynanılacaq ilk görüş Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.
Referi Daniyar Saxiyə Samat Terqeussizov və Sergey Klaçyo köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək. VAR fransalı Bastyen Deçepiyə, AVAR isə Aidin Tassabayevə həvalə olunub.