Sia Az saytına istinadən ain.az xəbər verir.
Amerikalı döyüşçü Byaco Əli Uolş Çikaqoda keçirilmiş "PFL World Tournament 7" turnirində həmyerlisi Ronni Qibbsə məğlub olub. SİA bu barədə "Match TV"yə istinadla xəbər verir.
31 yaşlı Qibbs rəqibini ikinci raundda boğucu fəndlə üstələyib.
Bununla da 26 yaşlı Uolş MMA-dakı (qarışıq döyüş sənəti) karyerasında ilk məğlubiyyətini alıb. Onun hesabında iki qələbə də var.
Qeyd edək ki, Uolş əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsidir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.