AZ

Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirib

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Təhlükəsizlik Xidməti Krım ərazisində Rusiya hərbçilərinə qarşı xüsusi əməliyyat həyata keçirdiyini bildirib. SİA xəbər verir ki, bu barədə “Interfaks-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun 27-dən 28-nə keçən gecə Ukrayna xüsusi xidmət orqanları "Kirovskoye" hərbi aerodromuna hücum edib, aviasiya komponentlərinin yerləşdiyi yerlərə, hava hücumundan müdafiə vasitələrinə, sursat anbarlarına və s. zərbələr endiriblər.

"Mövcud məlumatlar “Mi-8”, “Mi-26” və “Mi-28” çoxməqsədli və zərbə helikopterlərinin, həmçinin "Pantsir-S1" özüyeriyən zenit-raket kompleksinin məhv edildiyini göstərir", - mənbə vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
50
sia.az

10Mənbələr