Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu ilin may ayına olan məlumata görə, ölkə üzrə fəaliyyət göstərən POS-terminalların ümumi sayı 134 852 ədəd olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox POS-terminal Bakı iqtisadi rayonunda (82 104 ədəd) yerləşir. Bu, ölkədəki terminalların böyük hissəsinin paytaxtda cəmləşdiyini göstərir.
Bakıdan sonra ən yüksək göstəricilər Abşeron-Xızı (9 078 ədəd), Gəncə-Daşkəsən (5 941 ədəd) və Şəki-Zaqatala (4 868 ədəd) iqtisadi rayonlarında qeydə alınıb.
Ən az POS-terminal isə Şərqi Zəngəzur iqtisadi rayonundadır – cəmi 172 ədəd.
İqtisadi rayonlar üzrə POS-terminalların sayı aşağıdakı kimi olub:
Bakı iqtisadi rayonu – 82 104
Abşeron-Xızı iqtisadi rayonu – 9 078
Gəncə-Daşkəsən iqtisadi rayonu – 5 941
Mərkəzi Aran iqtisadi rayonu – 4 948
Şəki-Zaqatala iqtisadi rayonu – 4 868
Lənkəran-Astara iqtisadi rayonu – 4 854
Quba-Xaçmaz iqtisadi rayonu – 4 485
Qarabağ iqtisadi rayonu – 3 936
Qazax-Tovuz iqtisadi rayonu – 3 807
Naxçıvan iqtisadi rayonu – 3 177
Şirvan-Salyan iqtisadi rayonu – 2 762
Mil-Muğan iqtisadi rayonu – 2 867
Dağlıq Şirvan iqtisadi rayonu – 1 853
Şərqi Zəngəzur iqtisadi rayonu – 172Elnur Əli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.