AZ

“Ana Kür”ün ifaçısı 100 yaşında...

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Azərbaycanın tanınmış müğənnisi, Xalq artisti Gülağa Məmmədovun dünyaya gəldiyi gündür.

Kulis.az bu münasibətlə bu il 100 illik yubileyi tamam olan sənətkaraın həyat və yaradıcılıq yolu haqqında yazını təqdim edir.

Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranda anadan olub və Bakıda boya-başa çatıb. Uşaqlıqdan musiqiyə dərin maraq göstərən Gülağa Məmmədov tez-tez qonşu uşaqları ətrafına toplayaraq mahnılar oxuyardı. Gülağanın 12 yaşı olanda təsadüfən küçələrindən keçərkən onun səsini eşidən bəstəkar Üzeyir Hacıbəyov yeniyetmənin istedadına heyran qalır.

Həmin vaxt Moskvada keçiriləcək Azərbaycan mədəniyyəti ongünlüyündə Koroğlunun “Səni gördüm aşiq oldum” ariyasını oxuya biləcək bir uşaq axtaran Hacıbəyov onu müsabiqəyə dəvət edir. Müsabiqədə tanınmış sənətkarların qarşısında uğur qazanan Gülağa Moskvada Böyük Teatr səhnəsində çıxış edərək böyük uğur əldə edir və fəxri fərmanla geri qayıdır.

Üzeyir bəy onun ailə vəziyyəti ilə də maraqlanaraq Bakıda onlara mənzil və aylıq təqaüd təşkil etdirir. Qaynar paytaxt mühiti onun üçün yeni imkanlar açır, burada da uşaqlarla birgə mahnı oxumağa davam edir. 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul olunur, daha sonra Konservatoriyada təhsil alır, vokal sənətini Bülbüldən, muğamı isə Sarabskidən öyrənir.

Gülağa Məmmədov Səid Rüstəmov, Tofiq Quliyev və Cahangir Cahangirovun mahnılarını ilk dəfə səsləndirən sənətkar olaraq tanınır. 600-dən çox xalq və bəstəkar mahnısını özünəməxsus tərzdə ifa edən Gülağa Məmmədov həmçinin “Sən niyə susursan?”, “Dəli Kür”, “Payız melodiyaları”, “Azərbaycan elləri”, “Evlənmək istəyirəm” kimi bir çox filmlərdə və tamaşalarda mahnıları səsləndirib.

Sənətkar həmişə efirdə bayağı musiqilərə qarşı çıxıb, fikrini qəti şəkildə bildirib. Bədii Şuranın üzvü olsa da, qeyri-peşəkar mahnıların yayımlanmasına dözməyərək bu vəzifədən uzaqlaşıb.

Qeyd edək ki, ölümündən sonra , 2002-ci ildə “Azərbaycantelefilm” tərəfindən Gülağa Məmmədov haqqında sənədli film çəkilib. Filmdə videoarxiv materiallarından və "Dəli Kür" filmindəki kadrlardan istifadə edilib.

Dəli Kür (1969) filminin son səhnəsi. Gülağa Məmmədovun ifasında "Ana Kür" mahnısı.

"Smartfonların övladları"na kitabı necə sevdirək? - Mətanət Vahid

Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

Aygün Kazımova ilə Röya sizin kitabınızı necə sata bilər?

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
kulis.az

2Mənbələr