54 yaşlı kişi gəlininə yuxu dərmanı verdikdən sonra ona təcavüz edərək öldürüb.
"Bakuinfo" xəbər verir ki, hadisə Hindistanın Fəridabad şəhərində baş verib.
“The Times of India”nın məlumatına görə, qaynata, qaynana, baldız və onun əri eyni evdə yaşayan gəlin ailədə uzun sürən münaqişələrdən sonra boşanmaq qərarına gəlib. Bu fikir, ehtimal ki, ailənin xoşuna gəlməyib.
Hadisə baş verən gün qayınata həyat yoldaşını başqa ştata qohumları ilə toya göndərib. Bundan sonra kişi öz gəlininə yuxu dərmanı verərək onu zorlayıb, daha sonra isə onun boğazından yapışaraq boğub. Qadının cansız bədənini basdıraraq cinayəti ört-basdır etməyə çalışıb.
Mənbələr ailənin cinsi təcavüzü planlaşdırmadığını və zorlamadan xəbərsiz olduqlarını bildiriblər. Lakin polis hadisədə bütün ailənin əli olduğunu müəyyənləşdirib. Publika.az